Orman-Project MMC

Orman Project MMC 2022-ci ildə yaradılmasına baxmayaraq, təsisçiləri — Fərid Sadıxov,Anar Süleymanov, Natiq Hümbətov və Səma Mehdiyev— biznes və tikinti sahəsində 15 ildən artıq təcrübəyə malikdirlər. Bakı şəhərində yerləşən bir çox məşhur komplekslərin inşasında adı keçən bu şəxslər müxtəlif layihələrdə ayrı-ayrılıqda iştirak ediblər. Şirkətimiz fəaliyyətinə Sea Breeze ərazisində yerləşən, ən dəbdəbəli layihələrdən olan Polo Residence və Palazzo Delmare kompleksləri ilə başlamışdır. Dənizə birbaşa çıxışı olan Palazzo Delmare kompleksindəki binalardan ikisi hər biri təxminən 22.000 m², digər ikisi isə hər biri təxminən 18.000 m² olmaqla, ümumilikdə 100.000 m² -ə yaxın sahəni əhatə edir. Tikinti işləri yüksək keyfiyyət və sürətlə davam etdirilir. Polo layihəsi isə təsisçiləri və işçi heyəti eyni olan Concord Construction MMC ilə birlikdə həyata keçirilmişdir. Bu çərçivədə Polo Residences layihəsində hər birinin ümumi sahəsi 8.668 m² olan 2 bina və hər birinin ümumi sahəsi 10.400 m² olan digər 2 binanın tikintisi tamamlanmışdır (cəmi 38.136 m²).